Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
Müdafiə naziri Zakir Həsənov qoşun xidmətinin təşkilinə, şəxsi heyətin döyüş hazırlığı və fərdi peşəkarlığına xüsusi diqqət yetirilməsi ilə bağlı aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
"Report" xəbər verir ki, bunu general-polkovnik Zakir Həsənov noyabrın 23-də Müdafiə Nazirliyində keçirilən xidməti müşavirədə deyib.
Qeyd edilib ki, qış mövsümü tədbirlərinin gücləndirilməsinin, xüsusilə dağlıq ərazilərdə, sərt iqlim şəraitində yerləşən bölmələrdə ərzaq, əşya, yanacaq, odun ehtiyatının normalara uyğun saxlanmasının, şəxsi heyətin sağlamlığına diqqət yetirilməsinin, mövsümi xəstəliklərdən qorunma və isti geyimlə təmin edilməsinin zəruriliyi bildirilib.
Müdafiə naziri Z.Həsənov döyüş növbətçiliyinin aparılması, eləcə də gündəlik xidməti fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunması və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin hər zaman yüksək səviyyədə saxlanılması barədə müvafiq göstərişlər verib.
Oxşar xəbərlər
Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib, Ermənistanla şərti sərhəddə mövcud əməliyyat şəraiti təhlil olunub
Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə olublar, bölmələrə tapşırıqlar verilib
Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib
Müdafiə Nazirliyində mühüm iclas: Zakir Həsənov tapşırıqlar verdi
Zakir Həsənov və Hikmət Mirzəyev Ermənistanla şərti sərhəddə ordunun döyüş hazırlığını yoxlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













