BP-nin dəstəyi ilə Naxçıvanda yeni laboratoriya və emalatxanalar yaradılır
BP şirkətinin dəstəyi ilə Naxçıvanda yeni laboratoriya və emalatxanalar yaradılır.
"Report"un yerli bürosu xəbər verir ki, BP-Azərbaycan şirkəti ilə əməkdaşlıq çərçivəsində Naxçıvanda təhsil müəssisələrində yeni yaradılacaq laboratoriya və emalatxanalar üçün avadanlıqların muxtar respublikaya gətirilməsinə başlanılıb.
Qeyd olunub ki, proses Naxçıvan Muxtar Respublikası (MR) Təhsil Nazirliyi ilə BP şirkəti arasında bu il aprelin 10-da imzalanmış əməkdaşlıq sazişi çərçivəsində həyata keçirilir.
️Həmin sazişə əsasən, Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində 2 yeni istehsalat emalatxanası, Heydər Əliyev adına tam orta məktəbdə və Naxçıvan Qızlar Liseyində isə müasir kimya laboratoriyaları yaradılacaq. Yaxın günlərdə təhsil müəssisələrində avadanlıqların quraşdırılmasına start veriləcək. Fənn laborotoriyalarının tədris ilinin sonuna qədər hazır olması planlaşdırılır. Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində 2 yeni istehsalat emalatxanasının sentyabr ayında hazır olub istifadəyə verilməsi nəzərdə tutulur.
Saziş çərçivəsində həmçinin BP tərəfindən muxtar respublikanın ümumtəhsil müəssisələrində tədris aparan 30 nəfər perspektivli və metodoloji dəstəyə ehtiyacı olan ingilis dili müəlliminin ixtisasartırma və təlim proqramlarına cəlbi, istedadlı şagirdlərin (riyaziyyat, informatika, fizika və kimya fənləri üzrə) aşkarlanması, onların yerli və beynəlxalq olimpiadalara hazırlığının dəstəklənməsi də həyata keçirilir.
Oxşar xəbərlər
BP Naxçıvanın bəzi məktəblərində yeni emalatxana və laboratoriyalar quracaq
Naxçıvanda yeni infrastruktur layihəsinin icrasına başlanılır
Naxçıvanda məktəblərə 4300 kompüter veriləcək
Naxçıvanda ilk dəfə təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə keçiriləcək
Naxçıvanda yeddi təhsil müəssisəsinə direktor təyin olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR
-
XİN: Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi müzakirə olunub – YENİLƏNİB
-
SOCAR beynəlxalq iştirakını genişləndirir və "upstream" layihələri üzrə strategiyasını transformasiya edir
-
Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək
-
SOCAR ilə "SLB" arasında əməkdaşlığın inkişafı müzakirə olunub
-
SOCAR ilə "Chevron" birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər
