Azərbaycan və Gürcüstanın kibertəhlükəsizlik üzrə hərbi mütəxəssislərinin işçi görüşü keçirilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
may
2026
15:50
0
0
2 423
ff aaaaaaa

Azərbaycan və Gürcüstanın kibertəhlükəsizlik üzrə hərbi mütəxəssislərinin işçi görüşü keçirilib

07 may, 2026
15:50
2 423

Azərbaycan və Gürcüstanın kibertəhlükəsizlik üzrə hərbi mütəxəssislərinin işçi görüşü keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Gürcüstan Müdafiə Nazirliyi arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakı şəhərində hər iki ölkənin kibertəhlükəsizlik üzrə hərbi mütəxəssislərinin işçi görüşü keçirilib.


Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə hər iki ölkənin hərbi qurumları arasında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür səfərlərin vacibliyi xüsusi vurğulanıb, eləcə də maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul