Azərbaycan-Özbəkistan hərbi mütəxəssislərinin görüşü keçirilib
sizinxeber.az xəbər saytı

Azərbaycan-Özbəkistan hərbi mütəxəssislərinin görüşü keçirilib


Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında imzalanmış 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Özbəkistan Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizə səfər edib.

APA MN-ə istinadən xəbər verir ki, səfər çərçivəsində özbəkistanlı qonaqlar Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsində olub.
Qonaqları salamlayan general-mayor Anar Kərimov nümayəndə heyətinə Azərbaycan Ordusunun azad edilmiş ərazilərdə mühəndis-istehkam bölmələri tərəfindən həyata keçirilən mühəndis təminatı üzrə tədbirlər barədə məlumat verib.
Görüşdə təcrübə mübadiləsi baxımından bu cür səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb, brifinq təqdim olunub.
Sonra qonaqlar xüsusi hazırlanmış mühəndis şəhərciyində hərbi qulluqçuların iştirakı ilə keçirilən praktiki məşğələləri izləyiblər.

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub - FOTO
Azərbaycan-Özbəkistan hərbi mütəxəssisləri praktiki məşğələləri izləyiblər
Özbəkistan hərbçiləri Azərbaycanda PUA kursunda iştirak edirlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər