Sizinxeber.az » Müharibə » Hərbi » Hərb Tarixi Muzeyinə media-tur təşkil edilib - FOTO

Hərb Tarixi Muzeyinə media-tur təşkil edilib - FOTO

Azərbaycan Ordusunun yaradılmasının 107-ci ildönümü münasibəti ilə Müdafiə Nazirliyi Azərbaycan Hərb Tarixi Muzeyinə media-tur təşkil edib.

APA xəbər verir ki, öncə Ümummilli Lider Heydər Əliyevin, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi - Mətbuat katibi polkovnik Anar Eyvazov Azərbaycan Ordusunun yaranma tarixi, keçdiyi yol və hazırkı vəziyyəti barədə media-tur iştirakçılarına məlumat verib.

Bildirib ki, Azərbaycan Ordusunda tədbirlər uğurla həyata keçirilir. Qeyd olunan dövr ərzində Azərbaycan ordusunda hərbi qulluqçuların peşəkarlığının artırılması, döyüş hazırlığının daha da yüksəlilməsi məqsədilə ona uyğun təlim, məşqlər və toplanışlar keçirilib. Təlimlərə cəlb edilən hərbi qulluqçular öz funksional vəzifələrinin praktik icrasında təcrübə qazanır, bilik və bacarıqlarını təkmilləşdirirlər.

Anar Eyvazov qeyd edib ki, Azərbaycan və müxtəlif dövlətlərin iştirakı ilə ümumilikdə 14 birgə beynəlxalq təlim keçirilib:

“Hesabat dövründə, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində ehtiyyata çağırılan 4600-dən çox hərbi vəzifəli təlim toplanışlarına cəlb edilib. Cari ilin birinci yarım ili ərzində peşəkar kadr heyətinin təkmilləşdirilməsi müxtəlif sahələrdə mütəxəssislərin ixtisas hazırlığının artırılması, müasir texnoloji yenilikərin öyrənilməsi, eyni zamanda qarşılıqlı təcrübə mübadiləsi məqsədilə aidayyəti şəxsi heyət və ölkə daxilində və xaricdə təşkil edilmiş beynəlxalq təlim seminar, konfrans və kurslara cəlb edilməkdədir”.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun kibertəhlükəsizlik, dövlət sirrinin qorunması, rəqəmsal savadlılığın artırılması, eləcə də informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə Müdafiə Nazirliyinin baş idarə, idarə və xidmətlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, həmçinin hərbi hissələrində mütəmadi profilaktik tədbirlər və kiber gigiyena mövzusunda seminarlar keçirilib:

“Ordumuzu mərkəzləşdirilmiş informasiya texnologiya və şəbəkələrinin kiber təhlükəsizliyin təmin edilməsi məqsədi ilə gündəlik monitorinq və hadisələrin analizi aparılır. Elektron xidmətlərin son istifadəçilərə əlçatanlığı, məlumatların ötürülməsi və emalı zamanı təhlil olunması üçün xüsusi proqram, texniki vasitələrinin köməkliyi ilə kiber təhdid və təhlükələrə qarşı qabaqlayıcı tədbirlər görülür.

Ordu quruculuğu istiqamətində aparılanan uğurlu islahatlar nəticəsində cari ilin birinci yarısında hərbi təhsil sahəsində də müasir texnologiya yeniliklərin tədbiqi ilə bir çox uğurlu işlər görülüb. Bundan başqa, azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, yeni yolların çəkilməsi və digər hərbi infrastrukturların yaradılması ilə bağlı mühəndis tədbirləri icra olunur”.
Anar Eyvazov bildirib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin kommunikasiya strategiyasının tələblərinə uyğun olaraq, bu ilin I yarımilində də müvafiq tədbirlər icra olunub.

Həmin bu müddət ərzində Müdafiə Nazirliyyinin rəsmi veb saytına 300-dən artıq rəsmi məlumat yerləşdirilib. Həmçinin jurnalistlər tərəfindən çəkilişlərin aparılması üçün Müdafiə Nazirliyinə 130-dan artıq müraciət daxil olub. Çəkilişlərin aparılması üçün həmin şəxslərə köməkik edilib. Eyni zamanda, Müdafiə Nazirliyinin “qaynar xətti”nə, veb-saytına, sosial şəbəkə hesablarına daxil olan 36 mindən çox vətəndaş müraciəti araşdırılaraq cavablandılıb.

Daha sonra Azərbaycan Ordusunun keçdiyi yoldan bəhs edən video nümayiş olunub.

Vətən müharibəsi iştirakçısı, Quru Qoşunları mənsubu çavuş Elməddin Ağayev APA-ya bildirib ki, Azərbaycan Ordusunun yaradılmasının növbəti ildönümü hər il olduğu kimi indi də böyük təntənə ilə qeyd edilir:

“Eyni zamanda, dünya azərbaycanlıları torpaqlarımızın işğaldan azad edilməsində qürur hissi keçirir. Bu il həm də digər əlamətdar hadisələrlə yadda qalır. Suverenliyimizin, ərazi bütöblüyümüzün bərpası ilə nəticələnən Vətən müharibəsindən 5 il, antiterror əməliyyatı da daxil olmaqla "Qisas", "Fərrux”, "Qətiyyətli cavab" əməliyyatlarının da ildönümləri qeyd olunur.
Qürurluyuq ki, Ümummilli Lider Heyder Əliyevin təməlini qoyduğu müasir ordu quruculuğu prosesi Müzəffər Ali Baş Komandan tərəfindən uğurla davam edir”.

İkinci Qarabağ müharibəsi iştirakçısı, Quru Qoşunları mənsubu gizir Hüseyn Mehdiyev isə bunları bildirib: “Ali Baş Komandanın döyüş əmrini icra edərək xalqımızın arzusunu təmin etdiyimizə və yurd həsrətinə son qoyduğumuza görə fəxr edirik. Bu gün Ali Baş Komandanın qayğısının və xalqın dəstəyinin bizə verdiyi əlavə güc və inam sayəsində vətənimizin keşiyində ayıq-sayıq dayanırıq, torpaqlarımızı göz bəbəyimiz kimi qoruyuruq. Bütün ordu mənsubları, hər bir döyüşçü, şəxsən mən özüm də əməyimizə verilən yüksək qiymətə görə dövlətimizə və Müzəffər Ali Baş Komandana minnətdarıq. Qürur duyuram ki, hazırda xidmət etdiyim ərazilərdə bərpa-quruculuq işləri yüksək templə davam edir, vətəndaşlarımız ata-baba yurduna qayıdır. İşğaldan azad edilmiş ərazilərdə xidmət etmək əsgər ve zabitlər üçün həm böyük məsuliyyət, həm də qürur mənbəyidir”.

Media nümayəndələri sonda muzeylə tanış olub.

ДРУГИЕ НОВОСТИ

Комментарии

САМОЕ ЧИТАЕМОЕ / КОММЕНТИРУЕМОЕ
  1. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  2. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  3. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  4. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  5. Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib
  6. Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
  7. Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
  8. Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
  9. Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
  10. Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Галерея
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq" width="290" alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib width="290" alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir width="290" alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib width="290" alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik" width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib