NATO Zirvəsi səbəbilə Ankarada bütün ictimai tədbirlər qadağan edilib
sizinxeber.az xəbər saytı

NATO Zirvəsi səbəbilə Ankarada bütün ictimai tədbirlər qadağan edilib


Ankarada keçiriləcək NATO Zirvəsi ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində bir həftə müddətinə ictimai tədbirlərin keçirilməsi dayandırılıb.

Sizinxeber.az-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Ankara valiliyi məlumat yayıb.

Bildirilib ki, 6 iyul 2026-cı il, şənbə günü saat 06:00-dan 12 iyul 2026-cı il, cümə günü saat 24:00-dək dövlət qurumları və qeyri hökumət təşkilatları tərəfindən təşkil olunan imtahan, simpozium, panel, məzuniyyət mərasimi, şənlik, konsert, əyləncə, bayram və digər ictimaiyyətə açıq tədbirlərin keçirilməsi dayandırılır.

Qonaqların yerləşdirildiyi mehmanxanaların ətrafında, həmçinin toplantıların keçiriləcəyi “ATO Congresium Kongre ve Sergi Merkezi” və Prezidentin İqamətgahı ətrafında nəqliyyatın hərəkətinə mane ola biləcək, kütləvi toplaşmalara səbəb olacaq və təhlükəsizliyi risk altına sala biləcək bütün açıq və qapalı tədbirlərə icazə verilməyəcəyi qeyd olunub.

Oxşar xəbərlər

Ərdoğan Ankarada baş vermiş terror aktı ilə bağlı təhlükəsizlik toplantısı keçirəcək
Bakı Konqres Mərkəzində texniki problem yaranıb, tədbirlər dayandırılıb
Bakı Konqres Mərkəzində konsertdən sonra texniki problem yaranıb, planlaşdırılan tədbirlər dayandırılıb
Ankarada FETÖ-ya qarşı əməliyyatda 38 nəfər həbs edilib
Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər