Azərbaycan millisinin baş məşqçisi: "Rəqiblərimiz arasında təcrübəli komandalar var"
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Gümüş Avropa Liqasındakı rəqibləri arasında təcrübəli komandalarda da var.
"Report" xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Fərid Cəlalov federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
O, turnirə hazırlıqlarının davam etdiyini söyləyib:
"Oyunlarımızın başlamasına az vaxt qalıb. İlk oyunlarımız İsveç və Gürcüstan milliləri ilə səfərdə olacaq. Rəqiblərimizi analiz etmişik. Düşünürəm ki, istədiyimiz oyunu göstərə bilsək qalib gələ bilərik. Əlbəttə, rəqiblərimiz arasında daha təcrübəli komandalar da var. Bu il heyətimizə təcrübəli oyunçularla yanaşı, gənclərimizi də cəlb etmişik. Çalışmalıyıq ki, hər bir oyunda gözəl oyun göstərək və qalib gələk".
Qeyd edək ki, Azərbaycan millisi ilk oyununu iyunun 6-da İsveçə qarşı keçirəcək.
Oxşar xəbərlər
Azərbaycanlı voleybolçu: Avropa çempionatının təsnifat mərhələsinə hazırlıqlar yaxşı keçir
Azərbaycan millisinin qapıçısı: "Bizi Xorvatiyaya ağır səfər və oyun gözləyir"
Azərbaycan millisinin baş məşqçisi: "Getdikcə daha təcrübəli komanda olacağıq"
Azərbaycan millisinin baş məşqçisi: "Yunanıstan və İsveçlə olan oyunlar bizim üçün final seriyasıdır"
Azərbaycan millisinin baş məşqçisi: "Komandalar arasında səviyyə fərqi açıq seçilirdi"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













