Azərbaycanlı voleybolçu: Avropa çempionatının təsnifat mərhələsinə hazırlıqlar yaxşı keçir
Yarışa hazırlıqlarımız yaxşı keçir.
"Report" xəbər verir ki, bunu kişi voleybolçulardan ibarət Azərbaycan millisinin voleybolçusu Mərdan Məmmədov Avropa çempionatının təsnifat mərhələsinə hazırlıq haqqında federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
Yığmanın blokçusu ötən həftə Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olduqlarını xatırladıb:
"Orada Gürcüstan yığması ilə bir neçə yoxlama oyunu keçirdik və qələbə qazandıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Rəqiblərimizi təhlil edirik. Belçika millisi ilə Qızıl Avropa Liqasında qarşılaşmışdıq və rəqib qalib gəlmişdi. Bu dəfə çalışacağıq ki, biz qələbə qazanaq. Avstriya millisi də güclü komandadır. Hər iki qarşılaşmada gözəl oyun göstərib qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, millimiz Avropa çempionatının təsnifat mərhələsində ilk oyununu avqustun 17-də səfərdə Avstriya yığmasına qarşı keçirəcək.
Oxşar xəbərlər
Azərbaycan millisi Gürcüstandakı təlim-məşq toplanışını başa vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın voleybol millisi Avropa çempionatının təsnifat mərhələsinə hazırlıq məqsədi ilə Gürcüstana yollanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan voleybolçuları Avropa çempionatının təsnifat mərhələsinə hazırlıq məqsədi ilə Gürcüstana yollanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın qızlardan ibarət basketbol millisi Avropa çempionatının yarımfinalına yüksəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisinin voleybolçusu: Qızıl Avropa Liqasında hansısa məqsədlərdən danışmaq çətindir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












