Azərbaycan millisinin qapıçısı: "Bizi Xorvatiyaya ağır səfər və oyun gözləyir"
Bizi ağır səfər və oyun gözləyir.
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin futzalçısı Rövşən Hüseynli deyib.
33 yaşlı qolkiper Xorvatiyaya qarşı keçirəcəkləri Avropa çempionatının əsas mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Qarşıdakı günlər bizim üçün çox çətin keçəcək. Rəqib meydançasında oynayacağıq. Xorvatiya təcrübəli kollektivdir. Hər zaman bu yığmaya qarşı çıxış etmək çətin olub. Hətta heyətimizin daha təcrübəli və güclü olduğu dönəmdə də bunu hiss etmişik".
Təcrübəli oyunçu hazırkı heyətdə gənc futzalçıların da yer aldığını söyləyib:
"Səfərdə mübarizə aparacağıq və bu səbəbdən meydan sahibləri favoritdir. Əlimizdən gələni etməyə və onlardan xal qoparmağa çalışacağıq. Dörd gün sonra isə Bakıda Yunanıstanla görüşəcəyik. Bizə tanış millidir. Son vaxtlar daha tez-tez üz-üzə gəlirik. Qələbələrimiz olub. Bu dəfə bir az fərqlidir. Heyətimiz gəncdir, yerli futzalçılardan ibarətdir. Yunanıstan yığması və çempionatı da inkişaf edib. Əvvəlki səviyyədə deyil, artım var. Doğma meydanda çıxış etmək üstünlüyümüzdür. Var gücümüzü qoyacağıq, qələbə qazanmaq istəyirik".
Qeyd edək ki, yanvarın 31-də Xorvatiyanın qonağı olacaq Azərbaycan millisi fevralın 4-də Bakıda Yunanıstanı qəbul edəcək.
Oxşar xəbərlər
Azərbaycan millisinin baş məşqçisi: “Avropa çempionatının ikinci mərhələsində bizi ciddi rəqiblər gözləyir”
Krunoslav Renduliç: Sabah əlimizdən gələnin ən yaxşısını edəcəyimizə söz veririk
Azərbaycan millisinin futzalçısı: "Etimadı doğrultmalı idik"
Azərbaycan millisinin üzvü: Səhvlər daha yaxşı nəticə göstərməyimizə mane oldu
Samir Abasov: Sabah bizi ağır oyun gözləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib
-
İngiltərə Kuboku: "Çelsi" növbəti mərhələdə
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur












