"Neftçi"nin baş məşqçisi: Gürcüstan komandası ilə oyunun ilk hissəsində çox səhv etdik
İlk hissədə istədiyimiz oyunu göstərə bilmədik. Daha çox səhvə yol verdik.
Bunu "Sizinxeber.az"a açıqlamasında "Neftçi"nin qadınlardan ibarət komandasının baş məşqçisi Siyasət Əsgərov Gürcüstanda yerli “Lançxuti” kollektivinə uduzduqları (1:2) Çempionlar Liqasının I mərhələsinin ikinci oyunu ilə bağlı danışarkən deyib.
"Təəssüflər olsun ki, futbol səhvləri sevmir. Belə olan halda rəqib səni cəzalandıracaq. İkinci yarıda daha yaxşı təsir bağışladıq. Hesabı da bərabərləşdirdik. Qısa müddət sonra müdafiədə yenidən səhvə yol verdik və qapımızda qol gördük. Yenidən tarazlığı bərpa etmək istəsək də, alınmadı. Qol şanslarımız da oldu. Amma dəyərləndirə bilmədik", - deyə mütəxəssis bildirib.
Siyasət Əsgərov komandada gənc futbolçuların yer aldığını və bu turnirin onlar üçün də böyük təcrübə olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, "ağ-qaralar" ilk matçında Avstriya təmsilçisi “Sankt-Pölten”ə uduzmuşdu - 0:5.
Oxşar xəbərlər
"Neftçi"nin baş məşqçisi: Avstriya klubu ilə matç futbolçularımız üçün çox yaxşı təcrübə oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Neftçi"nin qadınlardan ibarət komandası ikinci oyunda da məğlub olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Neftçi"nin qadınlardan ibarət komandası bu gün Gürcüstan təmsilçisi ilə qarşılaşacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisinin baş məşqçisi: Gənclər belə yarışlarda çox iştirak etməlidirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Neftçi"nin qadınlardan ibarət komandası Çempionlar Liqasında mübarizəyə başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











