Azərbaycan millisinin baş məşqçisi: İki oyunda əlimizdən gələni edəcəyik
Hər iki matçda daha yaxşı oynayıb uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
"Report" xəbər verir ki, bunu kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Fərid Cəlalov Avropa çempionatının təsnifat mərhələsinin oyunları ilə bağlı danışarkən deyib.
Mütəxəssis yarışa hazırlıqları yekunlaşdırdıqlarını bildirib: "Artıq ilk oyunumuz üçün Avstriyaya gəlmişik. Sabah Avstriya, bir həftə sonra isə Bakıda Belçika yığması ilə qarşılaşacağıq".
Cəlalov iyuldan start götürən toplanışın uğurla keçdiyini söyləyib: "Bakıda və Tbilisidə təlim-məşq toplanışları oldu. Gürcüstanda bu ölkənin yığma komandası ilə 3 yoxlama oyunumuz oldu. Bu oyunlarda bütün voleybolçuları oynatmağa çalışdım. Çünki hər bir idmançı üçün məşq nə qədər vacibdirsə, yarış və yoxlama oyunları da bir o qədər önəmlidir. Komandamızın ilk və son yoxlama matçlarındakı oyunları arasında böyük müsbət fərq hiss olunurdu. İnanıram ki, yaxşılığa doğru olan bu dəyişiklik bizim əsas oyunlarımızda da hiss olunacaq. Əsas məqsədimiz gəncləşən komandamızın oyun təcrübəsini və gənc voleybolçularımızda özlərinə inamı artırmaqdır".
Oxşar xəbərlər
Azərbaycanlı voleybolçu: Avropa çempionatının təsnifat mərhələsinə hazırlıqlar yaxşı keçir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
