Azərbaycanın voleybol millisi Avstriyaya yollanıb
Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparan kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avstriyaya yola düşüb.
"Sizinxeber.az" Azərbaycan Voleybol Fedrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, B qrupunda yer alan komanda ilk matçını avqustun 17-də Avstriya yığmasına qarşı keçirəcək.
Təsnifat mərhələsindəki növbəti oyun isə avqustun 24-də Bakıda Belçika millisinə qarşı olacaq.
Qitə birinciliyinin təsnifat mərhələsində çıxış edəcək komandanın heyətində 14 voleybolçu yer alıb.
Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Cavid Əzimov, Yusif Bünyatov, Aslan Həmidov, Ruslan Əliyev
Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Ramazan Ağabəyov
Toppaylayıcılar: Roman Qurski, Əmirmehdi Ablou, Vüsal Rüstəmov
Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov
Baş məşqçi: Fərid Cəlalov
Köməkçi məşqçilər: Akif Vəliyev, Ülvi Rəcəbli
Qeyd edək ki, Avstriya ilə görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Oxşar xəbərlər
Azərbaycanın voleybol millisi Avropa çempionatının təsnifat mərhələsinə hazırlıq məqsədi ilə Gürcüstana yollanıb
Azərbaycan voleybolçuları Avropa çempionatının təsnifat mərhələsinə hazırlıq məqsədi ilə Gürcüstana yollanıb
Azərbaycanlı voleybolçu: Avropa çempionatının təsnifat mərhələsinə hazırlıqlar yaxşı keçir
Azərbaycan millisi Gürcüstandakı təlim-məşq toplanışını başa vurub
EEVZA: Azərbaycan millisi bu gün ilk oyununu keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













