Azərbaycan voleybolçuları Avropa çempionatının təsnifat mərhələsinə hazırlıq məqsədi ilə Gürcüstana yollanıb
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsinə hazırlıq məqsədi ilə Gürcüstana yollanıb.
Azərbaycan Voleybol Federasiyasından "Report"a verilən məlumata görə, Fərid Cəlalovun rəhbərliyi ilə yığmamızın Tbilisidəki təlim-məşq toplanışı avqustun 11-də yekunlaşacaq.
Hazırlıq çərçivəsində millinin Gürcüstanla bir neçə yoxlama görüşü keçirməsi nəzərdə tutulub.
Qeyd edək ki, AVRO-2026-nın təsnifat oyunlarında Azərbaycan seçməsi B qrupunda Avstriya və Belçika yığmalarına qarşı mübarizə aparacaq. Millimiz seçmə mərhələdəki ilk matçına avqustun 17-də çıxacaq. Komandamız həmin gün səfərdə Avstriya kollektivinin qonağı olacaq. Növbəti görüş avqustun 24-də Bakıda Belçika komandasına qarşı olacaq. Yarışın formatına uyğun olaraq digər iki qarşılaşma 2025-ci ilin avqustunda baş tutacaq.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
