Yay Olimpiya Oyunlarında iştirak edən idmançılarımızın növbəti qrupu Vətənə qayıdıb
sizinxeber.az xəbər saytı

Yay Olimpiya Oyunlarında iştirak edən idmançılarımızın növbəti qrupu Vətənə qayıdıb


Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançılarının növbəti qrupu Vətənə qayıdıblar.

“Sizinxeber.az” xəbər ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıların qarşılanma mərasimi olub.

Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, iyulun 26-da Sena çayı ətrafında açılış mərasimi olan Paris-2024-də Azərbaycan 48 idmançı ilə təmsil olunub. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edib. Millimizin heyətində cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medala sahib çıxıblar.

Oxşar xəbərlər

XXXIII Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türk dövlətlərinin idmançıları Paris Olimpiadasında 41 medal qazanıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
MOK: İdmançılarımızın Olimpiadadakı uğurları daim yaddaşlarda qalacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan olimpiadalar tarixində ən yaxşı göstəricisinə imza atıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər