Paris-2024: Azərbaycan olimpiadalar tarixində ən yaxşı göstəricisinə imza atıb
sizinxeber.az xəbər saytı

Paris-2024: Azərbaycan olimpiadalar tarixində ən yaxşı göstəricisinə imza atıb


Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını 30-31-ci pillələrdə başa vurmaqla tarixinin ən yaxşı göstəricisinə imza atıb.

"Sizinxeber.az"un məlumatına görə, aktivində 2 qızıl, 2 gümüş və 3 bürünc mükafat olan komandamız yarış cədvəlində sözügedən mövqeləri Xorvatiya ilə bölüşüb.

Yığmamızın qərarlaşdığı 30-cu yer,ə olimpiadalar tarixində ən yaxşı nəticə kimi tarixə düşüb. Bununla da ölkəmiz 32-ci yeri tutduğu London-2012 Yay Olimpiya Oyunlarındakı nəticəni üstələyib.

Qeyd edək ki, Azərbaycanın heyətində cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medala sahib çıxıblar.

Oxşar xəbərlər

Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü pillədə qərarlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü yerdə qərarlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Sonuncu gündə 7-ci medal ümidi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan boksçusu gümüş medal qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər