MOK: İdmançılarımızın Olimpiadadakı uğurları daim yaddaşlarda qalacaq
İdmançılarımızın Yay Olimpiya Oyunlarındakı uğurları daim yaddaşlarda qalacaq.
“Report” xəbər verir ki, bu fikir Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) feysbuk sosial şəbəkə hesabında paylaşımında yer alıb.
“Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları sona çatır, amma idmançılarımızın uğurları daim yaddaşlarda qalacaq! Sizi alqışlayırıq!”, - paylaşımda qeyd olunub.
Paris-2024-də Azərbaycan 48 idmançı ilə təmsil olunub. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edib. Millimizin heyətində cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medala sahib çıxıblar.
İdmançılarımız yarışı 30-31-ci pillələrdə başa vurmaqla tarixinin ən yaxşı göstəricisinə imza atıb. Komandamız yarış cədvəlində sözügedən mövqeləri Xorvatiya ilə bölüşüb. 30-cu yer Azərbaycanın olimpiadalar tarixində ən yaxşı göstəricisi olub. Belə ki, ölkəmiz 32-ci yeri tutduğu London-2012 Yay Olimpiya Oyunlarındakı göstəricini üstələyib.
Oxşar xəbərlər
XXXIII Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan olimpiadalar tarixində ən yaxşı göstəricisinə imza atıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan olimpiadalar tarixinin ən yaxşı göstəricisinə imza atıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Sonuncu gündə 7-ci medal ümidi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












