Ratomir Deliç: "FIBA Çempionlar Kuboku təcrübəsi Azərbaycan millisini daha güclü edəcək"
Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokundakı təcrübə Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisini qarşıdakı çətinliklər üçün daha güclü edəcək.
Bu barədə "Report"a komandanın baş məşqçisi Ratomir Deliç açıqlama verib.
Serbiyalı mütəxəssis sözügedən turnirdə gümüş medal qazanmaları ilə bağlı fikirlərini bölüşüb:
"İnanıram ki, bu təcrübə bizi qarşıdakı çətinliklər üçün daha güclü edəcək. Qızlarla fəxr edirəm. Onlarla işləmək həqiqətən xoşdur".
R.Deliç son bir ay ərzində zədə problemləri ilə üzləşdiklərini sözlərinə əlavə edib:
"Bütün bunları nəzərə alsaq, çox yaxşı nəticəyə nail olduğumuzu deyə bilərik. Bu turnirdə bir neçə böyük qalibiyyət əldə etdik".
Baş məşqçi finalda Niderland yığmasına uduzduqları qarşılaşmaya da toxunub:
"Finalda kifayət qədər müqavimət göstərmədiyimiz üçün hələ də müəyyən dərəcədə məyusuq. Amma bu, idmandır. Nəticə nə olur-olsun, yarışı qalib kimi başa vurmasanız, tam məmnun olmaq çətindir. Məğlubiyyətin dadı heç vaxt xoş olmur".
Qeyd edək ki, Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi FIBA Çempionlar Kubokunun finalında Niderlanda 12:21 hesabı ilə uduzub.
Oxşar xəbərlər
Azərbaycanın 3x3 basketbol millisi FIBA Çempionlar Kubokunda ikinci olub - YENİLƏNİB
Azərbaycanın 3x3 basketbol millisi FIBA Çempionlar Kubokunda finala yüksəlib
Azərbaycan millisinin baş məşqçisi: Avropa Kubokunda öz oyunumuza qayıdacağımıza ümid edirəm
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
