Azərbaycan Beynəlxalq Xizək və Snoubord Federasiyası ilə tərəfdaş olub
Dövlət Turizm Agentliyi ilə Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) arasında qış turizminin və qış idman növlərinin inkişaf etdirilməsi, Azərbaycanın qış idman növləri üzrə nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsi üzrə tərəfdaşlıq haqqında müqavilə imzalanıb.
"Report" agentliyə istinadən xəbər verir ki, sənəddə qış turizmi sahəsində mövcud infrastrukturunun artırılması və təkmilləşdirilməsi, ölkəmizin xarici turistlər üçün qış turizmi üzrə cəlbedici məkana çevrilməsi, eləcə də beynəlxalq xizək yarışlarının “Şahdağ Turizm Mərkəzi" QSC-də təşkil edilməsi istiqamətində birgə əməkdaşlıq nəzərdə tutulur.
Beynəlxalq əməkdaşlıq çərçivəsində əsas məqsədlərdən biri Azərbaycanı qış idman növləri üzrə dünya səviyyəli peşəkar yarışların keçirildiyi destinasiya kimi tanıtmaq, həmçinin ölkəmizin turizm brendi və məhsullarının beynəlxalq arenada genişmiqyaslı marketinq və tanıtım kampaniyasının aparılmasını təmin etməkdir.
Müqaviləyə əsasən Beynəlxalq Xizək və Snoubord Federasiyasının təşkil etdiyi qlobal yarışlarda (dünya kubokları və çempionatlarda) Azərbaycan təşkilatın “Qlobal Destinasiya Tərəfdaşı” kimi çıxış edəcək.
Növbəti qış mövsümündən “Şahdağ Turizm Mərkəzi"ndə Beynəlxalq Xizək və Snoubord Federasiyasının dünya miqyaslı yarışlarının keçirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidentini qəbul edib
Qış İdman Növləri Federasiyasının baş katibi: "Bizim üçün bu tədbir önəmli idi"
Kənan Quluzadə: “Turizm Azərbaycanda əsas iqtisadi sektorlardan biri olub”
Federasiya rəsmisi: "Avropa çempionatının 2026-cı ildə Azərbaycanda keçirilməsi üçün müraciət etmişik"
Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











