Bolqarıstan Ukraynaya hərbi yardım tədarükünü dayandıracaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
in
2026
18:30
ff aaaaaaa

Bolqarıstan Ukraynaya hərbi yardım tədarükünü dayandıracaq

09 in, 2026
18:30
981

Bolqarıstan Ukraynaya hərbi yardım tədarükünü dayandıracaq

Bolqarıstan artıq Ukraynaya hərbi yardım tədarük etməyəcək.

"Sizinxeber.az" BTA-ya istinadən xəbər verir ki, Bolqarıstanın müdafiə naziri Dimitar Stoyanov bunu Müdafiə Nazirliyində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ukraynada müharibə döyüş meydanında həll oluna bilməz. Nazir hərbi əməliyyatların dayandırılması üçün danışıqların aparılmasına çağırıb.

Nazir Avropa İttifaqının bu prosesdəki rolunun son dərəcə vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, Bolqarıstan 2026-cı ilin martında Ukrayna üçün ABŞ silahlarının satın alınması üzrə PURL təşəbbüsünə qoşulub.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul