26
may
2025
09:30
yuxarı
Lamin Yamal La Liqada mövsümün ən çox assist edən futbolçusu olub
Lamin Yamal La Liqada mövsümün ən çox assist edən futbolçusu olub
İspaniyanın "Barselona" klubunun vingeri Lamin Yamal La Liqanın 2024/2025 mövsümündə ən çox məhsuldar ötürmə verən oyunçu olub.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşlı futbolçu ölkə çempionatında meydana çıxdığı 35 oyunda 13 məhsuldar ötürməyə imza atıb.
İkinci yerdə 10 assistlə Rafinya (“Barselona”) və Aleks Baena (“Vilyarreal”) qərarlaşıb. Vinisius Junior, Cud Bellinqem (hər ikisi “Real”), İsko (“Betis”) və İnyaki Uilyams (“Atletik”) hərəyə 8 məhsuldar ötürmə ilə üçüncü yeri bölüşüblər.
Qeyd edək ki, "Barselona" bu mövsüm La Liqanın qalibi olub.