Lamin Yamal tarixi nailiyyətə imza atıb
sizinxeber.az xəbər saytı

Lamin Yamal tarixi nailiyyətə imza atıb


İspaniyanın "Barselona" klubunun futbolçusu Lamin Yamal bir oyunda 21 cəhddə 11 uğurlu driblinq edərək tarixi nailiyyətə imza atıb.

"Report" "Opta"ya istinadən xəbər verir ki, bu, La Liqanın XXII turunda "Alaves"ə qarşı oyunda (1:0) reallaşıb.

17 yaşlı hücumçu La Liqada "Barselona"nın oyunçuları arasında bu göstərici üzrə rekord müəyyənləşdirib. O, Lionel Messini geridə qoyub. 2007-ci ildə argentinalı 20 yaşında, "Mayorka" ilə oyunda (1:0) 20 cəhddə 10 uğurlu driblinq etmişdi.

Qeyd edək ki, L.Yamal cari mövsüm "Barselona"nın heyətində meydana çıxdığı 29 oyunda 10 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

Lamin Yamal futbol tarixinin ən bahalı gənc oyunçusu olub
"Barselona"nın futbolçusu "Real"la oyunda rekorda imza atıb
"Barselona"nın futbolçusu Messinin nailiyyətini təkrarlayıb
"Barselona" Lamin Yamalla yeni müqavilə imzalayacaq
"Barselona"nın futbolçusu noyabra qədər meydana çıxmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər