İsrailin müdafiə naziri İranı hədələyib: Heç nə bizi dayandıra bilməz
İran İsrailə hücum etsə, bu, onun indiyə qədər etdiyi ən böyük səhv olacaq.
Sizinxeber.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz “X” hesabında SEPAH-ın Qüds qüvvələrinin komandanı İsmayıl Qaaniyə fars dilində yazdığı cavabında bildirib.
“İranın Qüds qüvvələrinin komandanı Qaani son vaxtlar İsrailə qarşı çoxsaylı təhdidlər səsləndirir. Ona “casus” obrazı bu gülünc təhdid yağdırmalarından daha çox yaraşırdı.
Hər halda əgər İran İsrailə hücum etsə, bu, onun indiyə qədər etdiyi ən böyük səhv olacaq. Burada nə Hörmüz boğazı, nə də mülki əhaliyə atəş açmaq ona kömək edəcək. Heç nə bizi dayandıra bilməz. Bizim qüvvələrimiz işi bitirməyə hazırdır”, - Katz vurğulayıb.
Qeyd edək ki, İsmayıl Qaani İsrail qoşunlarının Livandan çıxmalı olduğu ilə bağlı bəyanatlar səsləndirib. O, əvvəllər Qüds qüvvələrinin komandanı Qasim Süleymaninin müavini olub, İsmayıl Qaani Qasim Süleymaninin öldürülməsindən sonra sözügedən bölmənin komandanı təyin edilib.
Oxşar xəbərlər
İranın Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani İsrailin zərbələri nəticəsində ölüb
İsrail müdafiə naziri: Əgər təhdid olarsa, İranı yenidən vuracağıq
Qüds qüvvələri komandanı İsmayıl Qaani casusluqda ittiham olunur
SEPAH: İsmayıl Qaani sağdır
ABŞ və İsrail MN rəhbərləri İrana qarşı sıx koordinasiyanı davam etdirməyə razılaşıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
