Gürcüstanın DTX rəisi Ermənistanda təhlükəsizlik çağırışları barədə danışıqlar aparıb
sizinxeber.az xəbər saytı

Gürcüstanın DTX rəisi Ermənistanda təhlükəsizlik çağırışları barədə danışıqlar aparıb


Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Geka Geladze rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Ermənistana rəsmi səfər edib.

"Report"un yerli bürosu xəbər verir ki, Gürcüstan DTX-nin yaydığı məlumata görə, səfər çərçivəsində Geka Geladze Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanla görüş keçirib.

Görüşdə Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlığın inkişafı, regionda cərəyan edən proseslər və mövcud təhlükəsizlik çağırışları müzakirə olunub.

Tərəflər qlobal təhdidlərə qarşı mübarizədə iki ölkənin təhlükəsizlik xidmətləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Geka Geladze göstərilən qonaqpərvərliyə görə erməni həmkarına təşəkkür edib və onu Gürcüstana rəsmi səfərə dəvət edib.

Görüşdə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavinləri Tamaz Boraşvili və Aleksandr Maisuradze də iştirak ediblər.

Oxşar xəbərlər

Geka Geladze Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə təsdiqlənib
Geka Geladze Gürcüstan DTX-nin rəhbəri vəzifəsini icra edəcək
Gürcüstan DTX-nin rəhbəri Ermənistanın səfiri ilə təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib
Azərbaycanın Tbilisidəki səfiri Gürcüstan DTX-nin rəisi ilə regional təhlükəsizliyi müzakirə edib
Gürcüstan prezidenti TBMM sədri ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər