Premyer Liqa: XXXV tura üç oyunla start verilib, "Araz-Naxçıvan" bürünc mükafatçı olub
Misli Premyer Liqasında XXXV tura start verilib.
"Sizinxeber.az"un məlumatına görə, ilk oyun günündə üç matç baş tutub.
"Turan Tovuz" səfərdə "Sumqayıt"ı məğlub edib - 1:0. Qonaqların heyətində Emmanuel Hakman 30-cu dəqiqədə fərqlənib. Xallarının sayını 52-yə çatdıran Tovuz klubu dördüncü sıradakı mövqeyini möhkəmləndirib. "Gənclik şəhəri" təmsilçisi 30 xalla doqquzuncu pillədə qalıb.
"Zirə" "Sabah"la heç-heçə edib - 1:1. "Qartallar"ın heyətində Giorgi Papunaşvili 26-cı dəqiqədə adını tabloya yazdırıb. Pavol Safranko 67-ci dəqiqədə tarazlığı bərpa edib.
İkinci yerdəki "Zirə"nin 71, beşinci sıradakı "Sabah"ın 45 xalı var.
"Araz-Naxçıvan" isə səfərdə "Şamaxı"ya qalib gəlib - 1:0. Qonaqlardan Felipe Santos 44-cü dəqiqədə rəqibi məyus edib. Xallarının sayını 58-ə çatdıran Naxçıvan təmsilçisi üçüncü pillədə qərarlaşıb və çempionatın bürünc mükafatçısı olub. Komanda ölkə UEFA Konfrans Liqasında təmsil edəcək. "Şamaxı" 36 xalla yeddincidir.
Qeyd edək ki, XXXV tura mayın 18-də yekun vurulacaq.
Oxşar xəbərlər
"Neftçi" "Araz-Naxçıvan"a məğlub olub
Premyer Liqa: XXXI turun sonuncu oyununda "Zirə" qələbə qazanıb
Premyer Liqa: Turun son oyununda "Araz-Naxçıvan" "Sumqayıt"ı məğlub edib
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
Premyer Liqa: "Qarabağ" "Sabah"ı məğlub edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
