Qurban Yetirmişli: Xəzər dənizində qeydə alınan zəlzələlər katostrofik deyil
sizinxeber.az xəbər saytı

Qurban Yetirmişli: Xəzər dənizində qeydə alınan zəlzələlər katostrofik deyil


Xəzər dənizində qeydə alınan zəlzələlər katostrofik deyil.

"Report" xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, aprel ayında Xəzər dənizində baş verən 5.3 maqnitudakı zəlzələ orta güclü zəlzələdir:

"Adətən, bu cür zəlzələlərdən sonra afterşoklar 5-6 ay davam edir. Məsələn, indiyədək 600-800 afterşok qeydə alınıb. Çünki bu cür zəlzələdən sonra ətrafda layların hərəkətləri və parçalanmalar davam edir. Zəlzələlərin, demək olar, heç biri hiss olunmayıb. Halbuki hər gün baş verir. Amma xırda təkanlardır. Güclü, katostrofik zəlzələlər deyil".

Oxşar xəbərlər

Qurban Yetirmişli: Azərbaycanda ən dərin zəlzələlər Xəzər dənizində baş verir
Xəzər dənizində altıncı dəfə zəlzələ olub
Seysmoloji Xidmət: Yaxın zamanlarda Azərbaycanda güclü zəlzələ gözlənilmir
Xəzər dənizində bu gün ikinci dəfə zəlzələ olub - YENİLƏNİB
Azərbaycanda dağıdıcı zəlzələ ola bilər? - Açıqlama

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər