Erlinq Holann 5-7 həftə yaşıl meydanlardan kənarda qalacaq
sizinxeber.az xəbər saytı

Erlinq Holann 5-7 həftə yaşıl meydanlardan kənarda qalacaq


İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Holann 5-7 həftə yaşıl meydanlardan kənarda qalacaq.

"Report" "şəhərlilər"in mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola açıqlama verib.

Mütəxəssis həkimlərin bu barədə ona məlumat verdiyini bildirib:

"Ümid edirəm ki, mövsümün sonuna, klublararası dünya çempionatına qədər hazır olacaq".

Qeyd edək ki, Erlinq Holann İngiltərə Kubokunun 1/4 finalında, "Bornmut"la matçın (2:1) 61-ci dəqiqəsində topuq nahiyəsindən xəsarət alıb. O, cari mövsüm bütün turnirlərdə 40 oyun keçirib, 30 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

"Mançester Siti"nin futbolçusu dörd həftə yaşıl meydanlardan kənarda qalacaq
Erlinq Holann qol sayında Didye Droqbaya çatıb
KİV: Erlinq Holann "Real"ın maraq dairəsindədir
Erlinq Holann yeni rekorda imza atıb
Erlinq Holann dünyanın ən bahalı futbolçusu olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər