Erlinq Holann dünyanın ən bahalı futbolçusu olub
sizinxeber.az xəbər saytı

Erlinq Holann dünyanın ən bahalı futbolçusu olub


İngiltərənin "Mançester Siti" klubunun və Norveç millisinin üzvü Erlinq Holann dünyanın ən bahalı futbolçusu olub.

"Report" xəbər verir ki, məşhur "Transfermarkt" portalı bəzi oyunçuların qiymətini yeniləyib və 24 yaşlı hücumçunun dəyərini 180 milyon avrodan 200 milyona qaldırıb.

Daha əvvəl E.Holann "Real"ın (Madrid, İspaniya) futbolçuları Cud Bellinqem, Vinisius Junior və Kilian Mbappe ilə 1-ci pilləni bölüşdürürdü. Son üç futbolçunun transfer qiyməti dəyişməyib - 180 milyon avro.

Qeyd edək ki, Erlinq Holann 200 milyon avro dəyərinə çatan ikinci oyunçu olub. 2018-ci ilidə Mbappe bunu bacarmışdı.

Oxşar xəbərlər

Erlinq Holann 4 tur ərzində Premyer Liqa komandalarından daha çox qol vurub
Erlinq Holann Premyer Liqada yeni rekorda imza atıb
Erlinq Holann "Brendford"la matçı buraxa bilər
"Arsenal"la matçda topu rəqib futbolçunun başına atan Erlinq Holann cəzalanmayacaq
XXI əsrdə meydana çıxdığı oyunlara görə ən yaxşı qol ortalamasına malik futbolçular açıqlanıb - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər