Azərbaycanın futzal millisinin kapitanı: “Komandada çatışmayan cəhət ustalıqdır”
Komandada çatışmayan cəhət ustalıqdır.
Bunu “Sizinxeber.az”a açıqlamasında Azərbaycanın futzal millisinin kapitanı Emin Kürdov AVRO-2026-nın seçmə mərhələsində ötən gün baş tutan Yunanıstanla matçı dəyərləndirərkən deyib.
Təcrübəli qapıçı komandanın qol vəziyyətlərindən yararlana bilməməsini qabardıb:
“Bilirdik ki, çox ağır oyun olacaq. Çünki Bakıdakı matçda son saniyələrdə bərbarəliyi əldə etmişdik. Buna baxmayaraq, komandamız çox yaxşı çıxış etdi. Millinin böyük problemlərindən biri qol epizodlarından lazımi şəkildə istifadə edə bilməməkdir. Rəqib qapısına endirdiyimiz 12-13 zərbədən cəmi ikisi qol oldu. Bu qolları vurarkən qapıçını da oyunçu kimi istifadə etdik. Rəqibin əks-hücumlara üstünlük verəcəyini bilirdik. Səhvlər oldu, standart vəziyyətlərdən qol buraxdıq. Hesab 2:2 olarkən, matçın bitməsinə 4 saniyə qalmış üçüncü qolu qapımızda gördük. Heç-heçə də bizim üçün sərfəli nəticə deyildi. Yalnız qələbə qazanmaq lazım idi. Qol vəziyyətlərindən yararlana bilmədik. Kənan Manafov fərdi ustalığı hesabına fərqləndi. Komandada çatışmayan cəhət ustalıqdır. Oyun baxımından isə geri qalmırdıq”.
Qeyd edək ki, Afinada baş tutan Yunanıstan - Azərbaycan matçı meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra Vitali Borisovun rəhbərlik etdiyi komanda pley-off şanslarını itirib.
Oxşar xəbərlər
Azərbaycan millisinin baş məşqçisi: “Serbiyaya qarşı oyunda qolları əsasən qapıçı səhvlərindən sonra buraxdıq”
Azərbaycan millisinin baş məşqçisi: "Heç-heçəni çox pis nəticə hesab edirəm"
Azərbaycan millisinin kapitanı: “Gənc futzalçıları dəstəkləmək lazımdır”
Azərbaycan millisinin futzalçısı: “Cari mövsümdə keçirdiyimiz ən yaxşı oyunu xalsız başa vurduq"
Azərbaycanın U-21 millisinin kapitanı: Limitin aradan qaldırılması bizi geri saldı - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
