“Zirə” minifutbol klubunun qapıçısı: “Ümid edirəm ki, qızıl medalları biz qazanacağıq”
Ümid edirəm ki, bu gün qızıl medalları biz qazanacağıq.
Bunu “Report”a açıqlamasında “Zirə” minifutbol komandasının kapitanı Davud Kərimi bu gün Azərbaycan çempionatının finalında qarşılaşacaqları “Birbaşa Bakı” ilə oyundan öncə bildirib.
Təcrübəli qapıçı matça ciddi hazırlaşdıqlarını vurğulayıb:
“Baş məşqçidən oyunla bağlı bütün təlimatları almışıq. Meydana qələbə qazanmaq üçün çıxacağıq. Ardıcıl iki ildir ki, “Birbaşa Bakı” Azərbaycan çempionu olur. İnşallah, bu dəfə qalib biz olmaq istəyirik. Çox iddialıyıq. Ciddi hazırlaşmışıq, yaxşı komandamız var. Ümid edirəm ki, bu gün qızıl medalları biz qazanacağıq”.
D.Kərimi şansları dəyərləndirib:
“Şanslar bərabərdir. Rəqibin 6-7 oyunçusu milli üzvüdür, çox güclü futbolçulardır. Amma bu gün qələbə qazanacağımıza ümidlərim var”.
Qeyd edək ki, “Zirə” və “Birbaşa Bakı” arasında final matçı bu gün, saat 21:00-da Bakı Tennis Akademiyasında keçiriləcək.
Oxşar xəbərlər
“Birbaşa Bakı”nın futbolçusu: “Məqsədimiz yenidən Azərbaycan çempionu olmaqdır”
Bu gün minifutbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşəcək
Minifutbol üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib
"Kür"ün baş məşqçisi: Azərbaycanda həndbolu çox sevirlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
