"Birbaşa Bakı"nın baş məşqçisi: Yarımfinal matçı mübahisəli idi
sizinxeber.az xəbər saytı

"Birbaşa Bakı"nın baş məşqçisi: Yarımfinal matçı mübahisəli idi


Yarımfinal matçı mübahisəli idi.

Bunu "Sizinxeber.az"a açıqlamasında Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasında finala vəsiqə qazanan "Birbaşa Bakı"nın baş məşqçisi Dan Marius Mitu deyib.

Mütəxəssis oyun ərzində bir neçə qol şanslarını əldən verdiklərini söyləyib:

"40 dəqiqə ərzində üstün oyun nümayiş etdirdik, lakin bəzi şanslarımızı əldən verdik. Qrupumuzdan yarımfinala 3 komanda çıxıb. Bu da o deməkdir ki, çox çətin qrupa düşmüşdük".

Rumıniyalı məşqçi finalda qarşılaşacaqları "Brno" kollektivi (Çexiya) ilə oyundan əvvəl şanları dəyərləndirib:

"Final qalib gəlməli olduğumuz başqa bir oyundur. Şansları 50-nin 50-yə dəyərləndirirəm".

Qeyd edək ki, yarımfinalda Ukrayna təmsilçisi "Andezit"i penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edən “Birbaşa Bakı” finalda Çexiyanın "Brno" kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Oxşar xəbərlər

Çempionlar Liqası: Azərbaycan təmsilçisi yarımfinal oyununa çıxacaq
Çempionlar Liqası: Azərbaycan təmsilçisi finala vəsiqə qazanıb
Çempionlar Liqası: Azərbaycanın minifutbol komandaları növbəti matçlarını keçirəcəklər
Çempionlar Liqası: "Birbaşa Bakı" növbəti görüşünü keçirib
Çempionlar Liqası: Azərbaycan təmsilçisi yarımfinala vəsiqə qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər