Hakimlər Komitəsinin sədri "Sabah" - "Turan Tovuz" matçındakı mübahisəli epizodlara münasibət bildirib
sizinxeber.az xəbər saytı

Hakimlər Komitəsinin sədri "Sabah" - "Turan Tovuz" matçındakı mübahisəli epizodlara münasibət bildirib


AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli Premyer Liqasının XXII turunda keçirilmiş "Sabah" - "Turan Tovuz" oyunundakı mübahisəli epizodlara münasibət bildirib.

Milli assosiasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, o, ilk olaraq paytax təmsilçisinin fərqləndiyi epizod haqqında şərh verib.

De Blekere hakim qayda pozuntusunu qeydə almadığını vurğulayıb: "58-ci dəqiqədə meydanın “Sabah”a aid hissəsində, künc bayrağının yanında top uğrunda mübarizə zamanı qayda pozuntusu baş verir, lakin hakim bunu qeydə almır və “Sabah”a (top meydanı yan xətdən tərk etdiyindən) yan xətdən oyunu bərpa etməyə işarə edir. Oyun yenidən bərpa olunur (yeni hücümün başlama fazası) və “Sabah” hücumun sonunda qol vurur. Bu situasiyada VAR baş vermiş və hakim tərəfindən qeyd edilməyən qayda pozuntusuna müdaxilə edə bilməz. Yan xətdən bərpa “Sabah”ın yeni hücumunun başlanğıc mərhələsidir".

O, matçın sonlarında epizod haqqında bunları bildirib: "90+5-ci dəqiqə VAR müdaxilə edir. Qayda pozuntusu baş verir (“Sabah”ın oyunçusu rəqibini itələyir). Qol vurulduqdan sonra VAR hücumun başlama fazasını yenidən yoxlayır və qoldan öncə baş verən qayda pozuntusuna müdaxilə edir. Hakim epizoda baxdıqdan sonra “Sabah”ın vurduğu qolu ləğv edir. Hər iki halda VAR düzgün olaraq VAR protokoluna əməl etdi".

Qeyd edək ki, görüş "Sabah"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oxşar xəbərlər

Frank De Blekere “Sabah” – “Turan Tovuz” matçındakı mübahisəli epizodu şərh edib
AFFA Hakimlər Komitəsinin sədri çempionatdakı mübahisəli epizodları şərh edib
AFFA rəsmisi "Qarabağ" - "Turan Tovuz" matçındakı mübahisəli epizodla bağlı fikirlərini bölüşüb
AFFA Hakimlər Komitəsinin sədri "Neftçi” – “Sabah” oyunundakı mübahisəli epizodlarla bağlı danışıb
AFFA Hakimlər Komitəsinin sədri XIV turda yaşanan mübahisəli epizodları şərh edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər