Leyla Əliyeva və Arzu Əliyeva "CandyFest" yay festivalını ziyarət edib və "Sehrli mirvari" su sirki şousunu izləyiblər
sizinxeber.az xəbər saytı

Leyla Əliyeva və Arzu Əliyeva "CandyFest" yay festivalını ziyarət edib və "Sehrli mirvari" su sirki şousunu izləyiblər


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iyunun 26-da Bakı Bulvarında keçirilən "CandyFest" yay festivalını ziyarət ediblər.

"Sizinxeber.az" xəbər verir ki, əvvəlcə qonaqlara festival barədə ətraflı məlumat verilib.

Bildirilib ki, iyunun 1-dən başlayan festival iyulun sonunadək davam edəcək. Burada hər yaş qrupundan olan qonaqlar üçün təqdimatlar nəzərdə tutulub. Qeyd olunub ki, festival zamanı hər gün saat 17:00-dan 19:00-dək uşaqlar üçün maraqlı tamaşalar, interaktiv oyunlar və əyləncə proqramları təşkil olunur.

Ziyarət zamanı Leyla Əliyeva və Arzu Əliyeva festival çərçivəsində təşkil olunmuş yarmarka ərazisi və müxtəlif köşklərə baş çəkiblər. Qonaqlar köşklərdə təamların dadına baxıb, festival ziyarətçiləri ilə görüşüb, şəkillər çəkdiriblər. Ziyarət zamanı qonaqlara müxtəlif hədiyyələr də təqdim olunub.

Sonra Leyla Əliyeva və Arzu Əliyeva açıq səma altında keçirilən "Sehrli mirvari" su sirki şousunu izləyiblər. Daha sonra nağıl qəhrəmanlarının iştirakı ilə işıq, musiqi və akrobatik elementlərin yer aldığı tamaşa nümayiş olunub.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər - FOTOLENT
Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Ər-Riyadda keçirilən 4-cü Beynəlxalq Humanitar Forumda iştirak edirlər
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər