AFFA rəsmisi "Qarabağ" - "Turan Tovuz" matçındakı mübahisəli epizodla bağlı fikirlərini bölüşüb
AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli Premyer Liqasının XX turunda keçirilmiş "Qarabağ" - "Turan Tovuz" oyunundakı mübahisəli epizodla bağlı fikirlərini bölüşüb.
"Sizinxeber.az"un məlumatına görə, 58 yaşlı mütəxəssis qarşılaşmanın 89-cu dəqiqəsində Tovuz təmsilçisinin vurduğu qolla bağlı danışıb.
O, qolun qaydalar çərçivəsində vurulduğunu söyləyib:
“Turan Tovuz”un futbolçusu künc zərbəsindən topu qapı qarşısına ötürür. “Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev topa çıxır və yumruğu ilə onu uzaqlaşdırır. Top “Turan Tovuz”un oyunçusu Kauan Martinsin önünə düşür və o, fərqlənir. VAR-da görüntülər izlənildikdən sonra qapıçının tarazlığını pozan heç bir qayda pozuntusu (qapıçı ilə mübarizə/kontakt) olmadığı görünür. Qol qaydalar çərçivəsində vurulduğu üçün hesaba alınıb".
Qeyd edək ki, "Turan Tovuz" rəqibini 2:1 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
Frank De Blekere “Sabah” – “Turan Tovuz” matçındakı mübahisəli epizodu şərh edib
AFFA Hakimlər Komitəsinin sədri çempionatdakı mübahisəli epizodları şərh edib
"Turan Tovuz" Azərbaycan Premyer Liqasında 100-cü qolu vurub
"Qarabağ" çempionatda "Turan Tovuz"a uduzub
"Turan Tovuz" və "Qarabağ" komandaları azarkeşlərinin davranışlarına görə ziyana düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb
-
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
-
Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib
-
Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?
-
Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?












