AFFA Hakimlər Komitəsinin sədri "Neftçi” – “Sabah” oyunundakı mübahisəli epizodlarla bağlı danışıb
AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli Premyer Liqasının XIX turunun "Neftçi” – “Sabah” oyunundakı mübahisəli epizodları ilə bağlı danışıb.
"Sizinxeber.az" xəbər verir ki, o, ilk olaraq 65-ci dəqiqədəki mümkün penalti epizoduna şərh verib:
“Sabah” komandasının üzvü Xəyal Əliyev cərimə meydançasına daxil olur və topu qarşısına atır. “Neftçi”nin müdafiəçisi Yuri Matias top uğrunda mübarizə zamanı onun çiyninə təmas edir və hücumçu yıxılır. Hakim oyunu davam etdirir. Bu vəziyyət “yuxarı bədən” təması ilə bağlıdır və belə hallarda müdaxilə xətti yüksəkdir. Penalti təyin etmək üçün yüksək intensivlikdə təmas olmalıdır. Amma həmin epizodda çiynə təmas zəif idi. Hakimin oyunu davam etdirmək qərarını dəstəkləyirik.
Lakin “Neftçi”nin oyunçusuna qeyri-idman davranışına görə verilən sarı vərəqədən sonra onun hörmətsiz “istehzalı alqış”ı qəbuledilməzdir. Bu, açıq şəkildə jestlərlə ifadə edilən narazılıqdır və mütləq ikinci sarı vərəqə ilə cəzalandırılmalı idi. Hakimin nüfuzunu zəiflədən belə hörmətsiz davranışı qəbul edə bilmərik. Futbolun imicini və bütövlüyünü qorumaq lazımdır. Bu, futbolu sevən, hörmət edən hər kəsə mesajdır".
Qeyd edək ki, "Neftçi" - "Sabah" qarşılaşması 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Oxşar xəbərlər
AFFA Hakimlər Komitəsinin sədri XIV turda yaşanan mübahisəli epizodları şərh edib
Frank De Blekere "Neftçi" - "Sumqayıt" qarşılaşmasındakı mübahisəli epizodları şərh edib
AFFA Hakimlər Komitəsinin sədri çempionatdakı mübahisəli epizodları şərh edib
Frank De Blekere “Sabah” – “Turan Tovuz” matçındakı mübahisəli epizodu şərh edib
Premyer Liqa: “Neftçi” – “Sabah” oyununu idarə edəcək hakimin adı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
