Frank De Blekere “Sabah” – “Turan Tovuz” matçındakı mübahisəli epizodu şərh edib
AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Azərbaycan Premyer Liqasının VI turunun “Sabah” – “Turan Tovuz” matçının (2:2) son dəqiqəsində yaşanan mübahisəli epizodla bağlı şərh verib.
"Report" xəbər verir ki, komitə sədri qonaq komandanın yerinə yetirdiyi künc zərbəsi zamanı köməkçi hakimin qapı xətti üzərində, künc bayrağının arxasında dayandığını bildirib:
"Köməkçi hakimin mövqeyi düzgün idi. O, künc zərbələri zamanı həmin mövqedə olmalıdır. Oyun künc zərbəsindən bərpa olunan zaman köməkçi hakim topun meydanı tərk etdiyini görür və hücüm bitdikdən sonra bayrağını qaldıraraq, baş hakimə işarə verir. (Var Protokoluna əsasən, yan xətt hakimi hücum yekunlaşdıqdan sonra bayrağı qaldırmalıdır.) Baş hakim işarəni görüb qapıdan zərbə qərarını verir.
Qapı xətti üzərində kamera olmadığına görə (görüntü olmadığına görə), VAR hakimi verilən qərarı təsdiqləyir. Yekunda köməkçi hakimin verdiyi qərarı baş hakim və VAR təsdiqləyir. VAR yalnız aşkar səhv olduqda müdaxilə etməlidir".
Qeyd edək ki, 2:2 hesabı ilə başa çatan “Sabah” – “Turan Tovuz” görüşünün son dəqiqəsində qonaq komandanın heyətində Roderik Miller rəqib qapısına yol tapsa da, qol qeydə alınmayıb. Səbəb olaraq topun meydanı tərk edərək oyuna daxil olması göstərilib.
Oxşar xəbərlər
Premyer Liqa: “Neftçi” – “Sabah” oyununu idarə edəcək hakimin adı açıqlanıb
"Turan Tovuz" "Qarabağ"ı məğlub edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
