Yorqos Donis: "Dünya çempionatındakı yolumuz futbolçular üçün yaxşı təcrübə oldu"
sizinxeber.az xəbər saytı

Yorqos Donis: "Dünya çempionatındakı yolumuz futbolçular üçün yaxşı təcrübə oldu"


Səudiyyə Ərəbistanı millisinin dünya çempionatındakı yolu onlar üçün yaxşı təcrübə olub.

"Sizinxeber.az" xarici mediaya istinadən xəbər verir ki, bunu adıçəkilən yığmanın baş məşqçisi Yorqos Donis Kabo Verdeyə qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis komandasının qol vəziyyətləri yaratmaqda problemlər yaşadığını bildirib:

"Hücumlar qurmaqda çox zəif çıxış etdik. Belə oyunla qələbə qazanmaq mümkün deyil. Bu gün ən böyük problemimiz qol vəziyyətləri yarada bilməməyimiz idi. Hücum xəttimiz istədiyimiz səviyyədə oynamadı.

"Bu, istədiyimiz nəticə deyildi. Özümüzə yaxın səviyyədə olan rəqibə qarşı bu cür çıxış narahatlıq doğurur. Bununla belə, dünya çempionatındakı yolumuz futbolçular üçün yaxşı təcrübə oldu və onlara təşəkkür edirəm".

Qeyd edək ki, Kabo Verde - Səudiyyə Ərəbistanı görüşündə hesab açılmayıb - 0:0.

Oxşar xəbərlər

Yorqos Donis: "İspaniyanı dayandıracaq qədər güclü deyildik"
Bubista: "Kabo Verde olaraq sübut etdik ki, futbol təkcə böyük ölkələr üçün deyil"
Kabo Verde - Səudiyyə Ərəbistanı oyununun ən yaxşı fubolçusu Deroy Duarte olub
Marselo Byelsa: "Kabo Verde ilə matçda intensivliyin aşağı düşməsinə imkan verməli deyildik"
Luis de la Fuente: "Qazandığımız qələbə qarşıdakı matçlara inamla hazırlaşmağa imkan verir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər