Sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi qaydaları müəyyənləşib
"Dövlət orqanları (qurumları) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və onlara dəstək infrastrukturunu təşkil edən qurumlara, həmçinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi Qaydaları”ı təsdiqlənib.
Sizinxeber.az-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Qiymətləndirilməni həyata keçirən qurum olaraq İqtisadiyyat Nazirliyi müəyyən edilib.
Nazirlər Kabinetindən Sizinxeber.az-ya verilən şərhdə bildirilib ki, qərarın qəbul edilməsi ilə dövlət orqanları (qurumları) tərəfindən sahibkarlıq subyektlərinə və onlara dəstək infrastrukturunu təşkil edən qurumlara göstərilən dövlət dəstəyi mexanizmləri həyata keçiriləcək, həmçinin dəstək göstərən qurumlar tərəfindən sahibkarlıq subyektlərinə göstərilən dəstəklərin səmərəliliyinin qiymətləndirilməsi təmin ediləcəkdir.
Yeni dəstək mexanizmlərinin tətbiqindən öncə onu təklif edən dövlət orqanı (qurumu) tərəfindən dəstək mexanizmlərinin ilkin (proqnoz) qiymətləndirilməsi və hal-hazırda sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstək mexanizmlərinin səmərəliliyinin qiymətləndirilməsi həyata keçiriləcək.
Oxşar xəbərlər
Mərkəzi Bank: Biznes kreditlərinə tələb artacaq
Azərbaycanda KOB layihələrinin maliyyələşdirilməsi üçün müsabiqənin nəticələri açıqlanıb
Süni intellekt texnologiyalarıyla əlaqədar sahibkarlara güzəştli kreditlər veriləcək
KOBİA indiyə qədər 1 500-dən çox sahibkarın sərgidə və yarmarkalarda iştirakına dəstək göstərib
Gələn il mikro sahibkarlara vergi güzəştləri tətbiq ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
