"Sumqayıt"ın baş məşqçisi: "Təəssüf ki məğlub olduq"
sizinxeber.az xəbər saytı

"Sumqayıt"ın baş məşqçisi: "Təəssüf ki məğlub olduq"


Təəssüf ki məğlub olduq.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının XXII turunda səfərdə "Şamaxı"ya qarşı matçdan sonra açıqlamasında deyib.

Mütəxəssis əldə etdikləri üstünlükdən lazımınca yararlana bilmədiklərini vurğulayıb:

"Təəssüf ki məğlub olduq. Futbol elə bir oyundur ki əlinə düşən şansları dəyərləndirməlisən. İlk hissədə böyük üstünlük bizdə olsa da bundan lazımınca istifadə edə bilmədik. Oyunumuzdan göründüyü kimi, komandada hər şey qaydasındadır. "Şamaxı"nı qələbə münasibəti ilə təbrik edirəm. Qarşıda çox oyunlarımız var. Ümid edirəm ki növbəti oyunlarda hər şey yaxşı olacaq".

Qeyd edək ki, Şamaxı şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

Oxşar xəbərlər

Premyer Liqa: “Şamaxı” evdə “Sumqayıt”ı məğlub edib
"Şamaxı"nın baş məşqçisi: "Çoxdandır qələbə həsrətində idik"
Bedri Meriç: "Bu gün "Sumqayıt" qalib gəlmədi, biz məğlub olduq"
Premyer Liqa: "Kəpəz" "Şamaxı"nı məğlub edib
"Sumqayıt"ın baş məşqçisi: "Qarabağ"la matç bizim üçün yaxşı təcrübə oldu"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər