"Şamaxı"nın baş məşqçisi: "Çoxdandır qələbə həsrətində idik"
sizinxeber.az xəbər saytı

"Şamaxı"nın baş məşqçisi: "Çoxdandır qələbə həsrətində idik"


Çoxdandır qələbə həsrətində idik.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının XXII turunda "Sumqayıt"la matçdan sonra açıqlamasında bildirib.

Mütəxəssis qələbəni "Şamaxı"nın bir müddət öncə dünyasını dəyişən azarkeşi Davud Fətəliyevə həsr etdiklərini deyib:

“Azarkeşlərimizə təşəkkür edirəm, həqiqətən yaxşı dəstək verdilər. Çoxdandır qələbə həsrətində idik. Qələbəni Davud babamıza həsr edə bilərik. Çünki çox sadiq azarkeş idi. Ürəyi “Şamaxı” ilə döyünürdü, Allah ona rəhmət eləsin".

A.Abbasov oyun ərzində xeyli qol şansı əldə etdiklərini də vurğulayıb:

"Səhv etmirəmsə, “Sumqayıt” son altı oyunda qol vurmayıb. Amma bilirdik ki, möhkəm komandadır. Pressinqi, müdafiə olunmağı xoşlayırlar. Bu bizim üçün çətinlik yaradırdı. Futbolçularımda qələbə istəyi görürdüm. Birinci hissə rəqibin, ikinci yarı isə komandamızın üstünlüyü ilə keçdi. 2-ci, 3-cü qolları da vura bilərdik. İstənilən halda qələbə qazanmaq önəmlidir. Çempionat davam edir, qarşıda “Kəpəz”lə çətin səfər matçımız var. Tovuzda oynamalarına baxmayaraq kəsərli olurlar. İşimizə davam edirik”.

Qeyd edək ki, Şamaxı şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

Oxşar xəbərlər

"Sumqayıt"ın baş məşqçisi: "Təəssüf ki məğlub olduq"
"Şamaxı"nın baş məşqçisi 200-cü dəfə meydana komanda çıxarıb
"Sumqayıt"ın baş məşqçisi: "Qarşılaşmada 120 dəqiqə ərzində üstün tərəf biz idik"
"Neftçi"nin baş məşqçisi: "Qarabağ"la oyunda istəkli idik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər