Qurban Qurbanov: Son oyunumuz çox ciddi rəqibə qarşı idi
sizinxeber.az xəbər saytı

Qurban Qurbanov: Son oyunumuz çox ciddi rəqibə qarşı idi


Son oyunumuz çox ciddi rəqibə qarşı idi.

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə Yunanıstan təmsilçisi “Olimpiakos”a (Yunanıstan) qarşı keçirdikləri UEFA Avropa Liqasının oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Liqa mərhələsinin son matçında məğlub olduqlarına görə üzgün olduqlarını bildirib:

“Son oyunumuz idi və çox ciddi rəqibə qarşı. Bu komandanın bu il Avropa Liqasının qalibi olmağa iddialı olduğuna şübhə etmirəm. Çünki keçən il Konfrans Liqasını qazanıblar, bu il isə arzuları, istəkləri, hədəfləri çox böyükdür. Bu komandada sürət, dinamika var. Son oyunumuzda sonacan dözümlü olmağa, çox yaxşı oynayıb yüksək nəticə əldə etməyə çalışdıq”.

Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin sonuncu - VIII turunun "Olimpiakos" - "Qarabağ" oyunu Yunanıstan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib.

Oxşar xəbərlər

Qurban Qurbanov: "Son matçımızda yaxşı oyun sərgiləmək niyyətindəyik"
Julio Romao: "Qələbə qazanaraq Liqa mərhələsini daha yuxarı pillələrdə bitirmək istəyirik"
Qurban Qurbanov: 0:3 hesabı ilə uduzmağa layiq deyildik
Qurban Qurbanov: "Bir oyunda 3 dəfə künc zərbəsindən qol buraxmaq insana ağır gəlir"
Qurban Qurbanov: Daha diqqətli və ciddi olmalıyıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər