"Qarabağ"ı məğlub edən "Turan Tovuz" "Şəmkir" və "Neftçi"nin göstəricisini təkrarlayıb
"Turan Tovuz" Azərbaycan çempionatında "Şəmkir" və "Neftçi"nin göstəricisini təkrarlayıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bölgə təmsilçisi buna Misli Premyer Liqasının XX turunda "Qarabağ"a qalib gəlməklə (2:1) nail olub.
Ağdam klubunun çempionatdakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb. IV turun 2024-cü il avqustun 24-də keçirilən matçında “Turan Tovuz”la ev matçında 0:1 hesabı ilə uduzan "köhlən atlar" yenə eyni rəqibə məğlub olub
Ardıcıl 16 qarşılaşmadan xalla ayrılan ölkə çempionu yenə evdə yenilib. “Turan Tovuz” “Qarabağ”la eyni mövsümün hər iki səfər görüşündə 3 xal qazanan 3-cü komanda olub. 2001/2002 mövsümündə “Şəmkir” (3:1, 2:0), 2020/2021 mövsümündə “Neftçi” (2:1, 2:1) Ağdam klubunun meydanında 6 xal əldə edib.
Qeyd edək ki, ölkə çempionatları 2013/2014 mövsümündən 4 dövrədə keçirilir. Bunadək iki mərhələdə keçirilən 1998/1999, yarımçıq qalan 2001/2002 və 2009/2010, 2012/2013 mövsümlərində də bir komanda eyni rəqiblə iki dəfə səfərdə qarşılaşa bilib.
Oxşar xəbərlər
"Turan Tovuz" Premyer Liqadakı rekordu təkrarlayıb
"Qarabağ" çempionatda "Turan Tovuz"a uduzub
"Turan Tovuz" Premyer Liqa tarixində ilk dəfə səfərdə 4 qol vurub
"Turan Tovuz" Premyer Liqada yubiley qələbəsini əldə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
