"Abşeron"un baş məşqçisi: "Qarşılaşmada ilk perioda gözlədiyimizdən də pis başladıq"
sizinxeber.az xəbər saytı

"Abşeron"un baş məşqçisi: "Qarşılaşmada ilk perioda gözlədiyimizdən də pis başladıq"


Qarşılaşmada ilk perioda gözlədiyimizdən də pis başladıq.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Abşeron"un baş məşqçisi Erhan Toker "Naxçıvan"a qarşı Azərbaycan Basketbol Liqasının IX turunun təxirə salınmış oyunundan sonra deyib.

Klubun mətbuat xidmətinə açıqlamasında mütəxəssis məğlubiyyətə görə üzgün olduqlarını bildirib:

"Ceylon Şounun səhətində problem yarandığına görə meydana çıxa bilmədi. Bu, bizim üçün böyük itki idi. Digər basketbolçularla yerdəyişmə edib oynamağa çalışdıq. Lakin Ceylon bizim əvəzedilməz oyunçumuzdu və onun yerinə alternativ yoxdur. Bu baxımdan da onun yoxluğunu doldura bilmədik. Qarşılaşmada ilk perioda gözlədiyimizdən də pis başladıq. Sonradan görüşdə tarazlıq yarada bildik. Xüsusilə üçüncü periodda yaxşı idik. Sonluğu gətirə bilmədik. Qarşıda bizi NTD ilə matç gözləyir. Ceylon Şou heyətə qayıtsa bizim üçün çox yaxşı olacaq. Durumu yaxşılaşmasa bu heyətlə mübarizə aparmağa davam edəcəyik. Onun son durumuna həkimlərin rəyindən sonra aydınlıq gələcək".

Qeyd edək ki, "Naxçıvan" - "Abşeron" qarşılaşması birincilərin 102:82 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

"Naxçıvan"ın baş məşqçisi: "Rəqibimiz bu gün bizi yaxşı təhlil etmişdi"
"Abşeron"un baş məşqçisi: "İkinci və üçüncü periodda istədiklərimizi reallaşdırdıq"
NTD klubunun baş məşqçisi: "Öz üzərimizdə işləməyə davam etməliyik"
"Ordu"nun baş məşqçisi: "Lənkəran"la oyuna dönüş nöqtəsi kimi baxırdıq"
"Lənkəran"ın baş məşqçisi: "Təəssüf ki, bizdə heyət bir o qədər geniş deyil"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər