Azərbaycan banklarına əhalinin əmanətləri il ərzində 18 %-dən çox artıb
Bu il iyunun 1-nə Azərbaycan banklarının depozit portfeli 42 milyard 232,8 milyon manat təşkil edib.
"Sizinxeber.az" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,2 %, ilin əvvəlinə nisbətən 1,2 % çox, ötən il iyunun 1-i ilə müqayisədə 2,3 % azdır.
Depozit portfelinin 47,4 %-i, yaxud 20 milyard 035,4 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 19,3 % azdır.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 18,2 % artaraq 17 milyard 799,8 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 33,1 % artaraq 4 milyard 397,6 milyon manata çatıb.
Hesabat dövründə cəmi depozitlərin 22 milyard 687,4 milyon manatı (1 il əvvələ nisbətən 7,5 % az) qısamüddətli, 19 milyard 545,4 milyon manatı (+4,6 %) isə uzunmüddətli olub.
Oxşar xəbərlər
Azərbaycan banklarına qoyulan depozitlərin məbləği 7 % artıb
Azərbaycan banklarına qoyulan depozitlərin məbləği 15 %-dən çox artıb
Azərbaycan banklarına qoyulan depozitlərin məbləği 9 %-ə yaxın artıb
Azərbaycan əhalisinin banklarda olan əmanətləri 9 % artıb
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu ilk dəfə 30 milyard manatı ötüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
