"Naxçıvan"ın baş məşqçisi: "Rəqibimiz bu gün bizi yaxşı təhlil etmişdi"
Rəqibimiz bu gün bizi yaxşı təhlil etmişdi.
"Report"un məlumatına görə, bunu "Naxçıvan" klubunun baş məşqçisi Murat Dikmen "Abşeron"a qarşı Azərbaycan Basketbol Liqasının IV turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Türkiyəli mütəxəssis qalib gəldikləri görüş barədə danışıb:
"İlk olaraq “Abşeron” kollektivini təbrik edirəm, çox yaxşı komanda formalaşdırıblar. Əslində böyük fasilədən öncə artıq öz oyunumuzu göstərməyə başladıq. İkinci periodda fərqi bir qədər azaltdıq. Fasilədə basketbolçularıma oyun planını dəyişdirməli olduğumuzu bildirdim. Çünki rəqibimiz bu gün bizi yaxşı təhlil etmişdi. Müdafiədə inamlı oyunun bizə qələbə gətirəcəyini düşünürdük. Həqiqətən üçüncü və dördüncü periodda müdafiədə yaxşı oyun sərgilədik. Hələ mövsümün əvvəlindəyik və məğlubiyyətsiz davam edirik. Növbəti həftə “Sabah” ilə liderlik matçına çıxacağıq. O görüşdə də layiqli mübarizə aparsaq, istəyimizə nail olacağıq".
Qeyd edək ki, "Abşeron" - "Naxçıvan" qarşılaşması ikincilərin 72:68 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
"Naxçıvan"ın baş məşqçisi: "Bugünkü qələbə məni xoşbəxt etmədi"
NTD klubunun baş məşqçisi: "Qalib gəlsəydik, hər şeydən razı qalardım"
"Gəncə"nin baş məşqçisisi: "Ordu" ilə oyun daha yaxşı işlər görə biləcəyimizi göstərdi"
"Dinamo"nun baş məşqçisi: "Qarabağ"ı yaxşı təhlil etdiyimizə görə, uğurlu nəticə qazandıq
"Dinamo"nun baş məşqçisi: "Qarabağ"ı yaxşı təhlil etdiyimizə görə uğurlu nəticə qazandıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













