Kobaxidze: Əlimizi uzadırıq və ABŞ-dan cavab gözləyirik
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin xarici siyasət prioritetləri ilə bağlı açıqlama verib.
"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, Kobaxidze Parlamentdə illik hesabatı zamanı bildirib ki, Tbilisi heç bir halda ABŞ-ı Çinlə əvəz etmək niyyətində deyil və Vaşinqtonla strateji tərəfdaşlığın bərpasına hazırdır.
Baş nazir qeyd edib ki, Çinlə əməkdaşlıq digər ölkələrlə münasibətlərə alternativ kimi nəzərdən keçirilmir:
"Biz heç bir halda əvəzetmədən danışmırıq. ABŞ ilə strateji tərəfdaşlığı sıfırdan, təmiz səhifədən bərpa etməyə hazırıq və cavab gözləyirik", – Kobaxidze bildirib.
Onun sözlərinə görə, Çin Gürcüstan üçün mühüm tərəfdaşdır və ölkələr arasında iqtisadi ölçülərdə böyük fərqlərə baxmayaraq, Pekin Tbilisiyə bərabərhüquqlu yanaşma sərgiləyir.
Kobaxidze əlavə edib ki, Gürcüstan Çinlə əməkdaşlığa xüsusi əhəmiyyət verir və bir sıra Avropa İttifaqı ölkələrinin də Çinlə strateji tərəfdaşlıq qurduğunu xatırladıb.
Baş nazir həmçinin ABŞ-la münasibətlərə toxunaraq qeyd edib ki, əvvəlki administrasiya dövründə strateji tərəfdaşlıqda fasilə yaranıb və Gürcüstan bu münasibətlərin yenidən bərpasında maraqlıdır.
"Əlimizi uzadırıq və ABŞ-dan cavab gözləyirik. Strateji tərəfdaşlığın bərpasına nikbin yanaşırıq", deyə Kobaxidze vurğulayıb.
Oxşar xəbərlər
İrakli Kobaxidze: ABŞ ilə strateji tərəfdaşlığı bərpa etməyə tam açığıq
Kobaxidze: Gürcüstan ABŞ-yə strateji tərəfdaşlığın konkret yol xəritəsi ilə bərpasını təklif edir
İrakli Kobaxidze: Gürcüstan Azərbaycanla ticarəti genişləndirməyə hazırdır
Kobaxidze: Məqsədimiz regionda sülh və sabitliyi təşviq etməkdir
Qafarova və Kobaxidze Bakı və Tbilisi arasında strateji tərəfdaşlığı müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
