IFFHS ən yaxşı baş məşqçinin adını açıqlayıb
sizinxeber.az xəbər saytı

IFFHS ən yaxşı baş məşqçinin adını açıqlayıb


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü il üçün milli komanda səviyyəsində ən yaxşı baş məşqçinin adını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

IFFHS-nin versiyasına əsasən, bu ada İspaniya millisinin çalışdırıcısı Luis De La Fuente layiq görülüb.

63 yaşlı mütəxəssis 274 xalla birinci olub.

Argentina yığmasının baş məşqçisi Lionel Skaloni (148 xal) ikinci yeri tutub. İlk "3-lüy"ü Fransa yığmasını çalışdıran Didye Deşam (35 xal) qapayıb

Oxşar xəbərlər

2024-cü ilin ən yaxşı pleymeykeri adına namizədlər bəlli olub
2024-cü ilin ən yaxşı futbolçusu açıqlanıb
IFFHS: "Qarabağ" avrokuboklarda rekordu təkrarlayıb
Ötən il ən çox qol vuran müdafiəçilər açıqlanıb
Dünyada ilin ən yaxşı qapıçısı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər