“Neftçi” cari mövsümdə səfərdə qələbə qazanmayıb
sizinxeber.az xəbər saytı

“Neftçi” cari mövsümdə səfərdə qələbə qazanmayıb


“Neftçi” Misli Premyer Liqasının 2024/2025 mövsümündə səfərdə qələbə qazanmayıb.

"Sizinxeber.az" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı klubu 9 qarşılaşmada 5 heç-heçə edib və 4 dəfə uduzub.

“Ağ-qaralar” rəqib meydanında sonuncu dəfə ötən mövsümün son səfər oyununda 3 xal qazanıb. Mayın 18-də “Səbail”lə görüşən “Neftçi” üç cavabsız qol vurub.

Ardınca “Səbail” (1:1), “Araz-Naxçıvan” (1:1), “Şamaxı” (0:0), “Zirə” (0:2), “Qarabağ” (0:4), “Kəpəz” (3:4), “Sabah” (0:0), “Sumqayıt” (0:2) və “Turan Tovuz”un (1:1) qonağı olan paytaxt təmsilçisi 9 matçdan ibarət qələbəsizlik seriyası yaşayıb. Bu, klubun tarixində yeni antirekorddur.

“Neftçi”nin səfərdəki ən uzun qələbəsiz oyunlar seriyası 8 matçdan ibarət idi. 2016-cı ilin avqustundan 2017-ci ilin fevralına qədər olan müddətdə 8 qarşılaşmada 1 heç-heçə və 7 məğlubiyyət qeydə alınmışdı.

Qeyd edək ki, “Neftçi” XVIII turda Tovuz səfərindən bir xalla dönüb – 1:1.

Oxşar xəbərlər

Premyer Liqa: "Neftçi" "Turan Tovuz"la heç-heçə edib
"Kəpəz" - "Neftçi" matçı cari mövsümün ən məhsuldar oyunu olub
"Neftçi" "Sabah"la heç-heçə edib
"Qarabağ" ilin sonuncu oyununda qələbə qazanıb
Premyer Liqada bir ildən sonra üç oyunda heç-heçə qeydə alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər