"Kəpəz" - "Neftçi" matçı cari mövsümün ən məhsuldar oyunu olub
Azərbaycan Premyer Liqasının IX turunda baş tutan “Kəpəz” – “Neftçi” matçı cari mövsümün ən məhsuldar oyunu olub.
"Sizinxeber.az" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, meydan sahiblərinin 4:3 hesabı ilə qalib gəldikləri görüşdə ümumilikdə 7 qol vurulub.
Bunadək ən məhsuldar matçda 6 top qeydə alınıb. VII turun “Səbail” – “Sabah” görüşündə qonaqlar qalib gəliblər – 4:2.
Bununla da “Neftçi” çempionatdakı qələbəsizlik seriyasını 10 oyuna çatdırıb. Ötən mövsümün son turunda “Sabah”a 0:1 hesabı ilə uduzan “ağ-qaralar” cari çempionatın 9 görüşündə 5 heç-heçə edib və 4 dəfə məğlub olub.
Mayın 18-də “Səbail” üzərində 3:0 hesablı qələbədən sonrakı ardıcıl 10 qalibiyyətsizlik “Neftçi”nin tarixində yeni antirekorddur. Bakı klubu 2015-ci ildəki 9 matçlıq seriyanı “arxada qoyub”. 2014/15 və 2015/16 mövsümlərini əhatə edən həmin seriya müddətində 5 heç-heçə və 4 məğlubiyyət yaşanıb.
“Neftçi” həm də tarixində ilk dəfə 3 və daha çox qol vurduğu görüşdə uduzub. Ölkə çempionatları tarixində isə 28-ci belə hadisə yaşanıb.
Oxşar xəbərlər
"Neftçi" tarixində ilkə imza atıb
Azərbaycan Premyer Liqası: "Səbail" - "Neftçi" matçında qalib müəyyənləşməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
