"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında püşkatmanı dəyərləndirib
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin bugünkü püşkatmasını dəyərləndirib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis yeni formatda keçiriləcək mərhələ barədə fikirlərini klubun rəsmi saytına açıqlayıb:
“İlk dəfə yeni formatda keçirilən turnirdə iştirak edəcəyik. Əsas mərhələdə komanda sayı da artırılıb. Hər iştirakçı Avropa Liqasında minimum 8 oyun keçirəcək. Bu, heç də az deyil. Rəqiblərimiz arasında həm “Böyük beşlik” təmsilçiləri, həm tanış komandalar var. İlk dəfə qarşılaşacağımız rəqiblər də azarkeşlər üçün maraqlı olacaq. Liqa mərhələsinin startına qədər vaxtımız var. Bütün rəqibləri yaxından tanıdıqdan, tam analiz etdikdən sonra ətraflı fikir bildirmək mümkündür. Daha diqqətli, daha ciddi olmalıyıq. Hər bir rəqibə qarşı yalnız bir matç keçirəcəyik. Ona görə də xüsusilə ev görüşlərinə daha diqqətli yanaşmalıyıq”.
Baş məşqçi püşkün nəticəsindən razı qaldığını qeyd edib: “Püşkatmadan razı qaldım. İndi demək olar ki, əksər rəqiblər arasında bir o qədər fərq yoxdur. İstənilən komanda hər bir rəqiblə matçda istədiyi nəticəni əldə edə bilər. Bütün rəqiblərimiz ciddi komandalardır. Qarşıdakı matçlara hazırlaşacaq, komandanı daha sağlam, daha hazır etməyə çalışacağıq. Azarkeşlərimizə yaxşı, maraqlı futbol arzulayıram. Çalışacağıq ki, onlar oyunlarımızdan zövq alsınlar. Onlarla böyük futbolda görüşəcəyik”.
Qeyd edək ki, "Qarabağ" evdə "Ayaks" (Niderland), "Lion" (Fransa), "Malmö" (İsveç), FCSB (Rumıniya), səfərdə "Tottenhem" (İngiltərə), "Olimpiakos"(Yunanıstan), "Bodo Qlimt" (Norveç) və "Elfsborq"la (İsveç) qarşılaşacaq.
Oxşar xəbərlər
Qurban Qurbanov: Daha diqqətli və ciddi olmalıyıq
ÇL-nin liqa mərhələsinin püşkü atılıb
"Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş"ın Avropa Liqasında rəqibləri müəyyənləşib
Çempionlar Liqası: “Qarabağ” “Dinamo”ya məğlub olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
