"Kəpəz" "Zirə"yə məğlub olub
Misli Premyer Liqasının XVI turunda "Kəpəz" "Zirə"yə məğlub olub.
"Sizinxeber.az"un məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan oyunda gəncəlilər 0:4 hesabı ilə uduzublar. Fasilə ərəfəsində qonaqlar hesab arasındakı üstünlüyünü iki topa çatdırıb. 45+2-ci dəqiqədə Giorgi Papunaşvili meydan sahiblərinu cəzalandırıb.
48-ci dəqiqədə İssa Cibrila adını tabloya yazdırıb. Qarşılaşmada yekun hesabı isə 73-cü dəqiqədə rəqib qapısını dəqiq nişan alan Elçin Əlicanov müəyyənləşdirib.
Bu qələbə sayəsində "Zirə" xallarının sayını 26-ya çatdırıb. "Kəpəz" isə 10 xalla doqquzuncu sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki görüşülərində "Araz-Naxçıvan" səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib. "Sabah" və "Qarabağ" komandalarının duelində isə qalib müəyyənləşməyib - 1:1.
Oxşar xəbərlər
Premyer Liqada XIV tura yekun vurulub
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" səfərdə "Sumqayıt"a qalib gəlib
Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub
Azərbaycan Premyer Liqası: I turun son matçında "Zirə" qələbə qazanıb
"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













